11 
Sen
2018
14:01
225
65
5812
Virtual karabakh

Türkiyəli müğənni klipindəki dollarlara görə istintaqa cəlb edildi - VİDEO

11 Sen, 2018
14:01
5812

Türkiyəli müğənni klipindəki dollarlara görə istintaqa cəlb edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli ifaçı Mabel Matizin “Ya bu işler ne” adlı klipində istifadə olunan bir dollarlar FETÖ istintaq araşdırmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, İstanbul Prokurorluğunda məsələ ilə bağlı istintaq başlayıb.

Matiz ədliyyəyə gedərək ifadə verib.

Bildirilir ki, “Darbe” zamanı həbs olunanların üstündən və evlərindən xeyli sayda bir dollarlıq banknot çıxmışdı. Bir nəfər prokurorluğa şikayət edərək Mabelin klipindəki dolları FETÖ-yə dəstək olaraq istifadə etdiyini bildirib.

İfadə verən Matiz bildirib ki, klipin çəkilişi ona aid deyil. Bu məsələlərdə prodüseri məsuliyyət daşıyır. Sənətçi bildirib ki, klipində yer alan səhnənin FETÖ-ylə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, istintaq davam edir.

Məlumat üçün bildirək ki, Mabel Matiz türkiyəli müğənni, bəstəkar və eks-diş həkimidir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri