12 
Okt
2018
14:11
37
376
33285
Virtual karabakh

Faiq Ağayev Röya ilə olan intim görüntüsündən danışdı - VİDEO

12 Okt, 2018
14:11
33285

Faiq Ağayev Röya ilə olan intim görüntüsündən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Faiq Ağayev “Hər şey daxil” proqramında qonaq olub.

Oxu.Az xəbər verir ki, ilk dəfə qısa film tipli olan klipləri özünün çəkdirdiyini deyən “qızıl şlyager” Əməkdar artist Röya Ayxanla olan intim görüntülərindən də söhbət açıb.

“Məqam gəldi, söyləməliyəm ki, insanlar bəzən məni və Röyanı öpüşdüyümüz kadrlar olan videoya görə qınayırlar. Ancaq həmin görüntülər mənim “Neyləyim” adlı klipimin çəkilişindəndir. Ssenariyə görə, Röya qatil idi, ancaq məni sevib, çarpayıma gələcək qədər mənə yaxınlaşmışdı.

Həmin klipdə Tünzalə Ağayeva, Kənan MM də çəkilirdi. Bu görüntülər yayımlandıqdan sonra mən Röyaya dedim ki, sənin yerinə başqasını çəkəcəyəm və biz razılaşdıq”, - deyə Xalq artisti bildirib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri