12 
Okt
2018
17:51
10
98
16361
Virtual karabakh

Əməkdar artistin şəhid ərinin dəfnindəki görüntüləri - VİDEO

12 Okt, 2018
17:51
16361

Əməkdar artistin şəhid ərinin dəfnindəki görüntüləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-də yayımlanan “Şou ATV” proqramında Əməkdar artist Aybəniz Haşımovanın 26 il əvvəl şəhid olan həyat yoldaşı Xalid bəyin dəfnindən video nümayiş etdirilib. 

Oxu.Az xəbər verir ki, sənətçi görüntüləri göz yaşı içərisində izləyib.

Verilişin aparıcısı Nanə Ağamalıyeva bildirib ki, Haşımova görüntülərdə 24 yaşındadır.

“Mən Allahımdan bir az da güc istəyirəm. Bilmirəm, nə qədər ömrüm qalıb. Gücüm tükəndikcə, Allah güc verdi və ayaq üstdə durmağa çalışdım. Heç vaxt mənə görə utanmayacaqsınız. Millətimi çox sevirəm, musiqimizə sadiqəm. Necə dünyaya gəlmişəm, elə də gedəcəyəm”, - Əməkdar artist fikirlərini ifadə edib.

Qeyd edək ki, Haşımovanın bu nikahdan Aynişan adlı qız övladı var.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri