“Maşın şou”nun 17-ci mövsümündə ilk dəfə layihə iştirakçıları bir-birinin əleyhinə səs veriblər.
Oxu.Az xəbər verir ki, şounun qaydalarına əsasən, gizli səsvermədə iştirakçılar eyni sayda səs yığsalar, tamaşaçıların SMS-səsverməsinin nəticələri əsas götürülür.
İş elə alınıb ki, tamaşaçılar ən az səs müğənni Samir Cavadzadəyə veriblər.
“Biz hamımız layihədə elə dostlaşdıq ki, kimi öz rəqibim elan edəcəyimi belə bilmirəm. Ona görə də heç bir şərh verməyəcəyəm”, - deyə S. Cavadzadə vurğulayıb.
“Maşın şou. Hind kinosu” davam edir və güman ki, bugünkü buraxılışda hadisələrin inkişafı dünən olduğu kimi gözlənilməz olacaq.
Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.
Cavid Osmanov
FOTO: Musa Vladimir
Rəylər