İyn
2019
01:54
206
111
18282
Virtual karabakh

ÇL finalındakı olay Kinsi Volanskinin “Instagram”ını “partlatdı”

Çempionlar Liqasının finalındakı olaydan sonra aktrisa, model və “travel blogger” Kinsi Volanskinin “Instagram” səhifəsinin izləyicilərinin sayı sürətlə artmağa başlayıb. 

Oxu.Az xəbər verir ki, bir neçə dəqiqə ərzində izləyicilərin sayı 10 minlərlə artıb. 

Qeyd edək ki, Volanski  rusiyalı bloqer, 2,2 mln izləyicisi olan “Vitaly Uncensored” “youtube” səhifəsinin təsisçisi  Vitali Zdorovetskinin sevgilisidir. Volanski meydançaya məhz üzərində “Vitaly Uncensored” yazılmış köynəkdə qaçmışdı. Bundan sonra həmin səhifənin izləyicilərinin sayı sürətlə artıb. 

Xatırladaq ki, “Liverpul” – “Tottenhem” oyunu yarıçılpaq qızın meydançaya daxil olması səbəbindən qısa müddətə dayandırılıb. Mühafizə xidmətinin əməkdaşları insidentin “qəhrəmanı”nı meydançadan uzaqlaşdırdıqdan sonra oyun davam edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri