İyn
2019
09:45
273
94
11663
Virtual karabakh

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı

3 İyn, 2019
09:45
11663

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının iyunun 1-də Madriddə keçirilmiş final oyununda meydana yarıçılpaq vəziyyətdə çıxan amerikalı aktrisa, model Kinsi Volanskinin “Instagram”dakı hesabı bağlanıb.

Oxu.Az xəbər verir ki, K.Volanski İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının qarşılaşdığı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarının gözündən yayınaraq meydana daxil olmuş, bununla da oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.

Bundan sonra modelin “Instagram”dakı səhifəsinin izləyicilərinin sayı bir neçə dəqiqə ərzində 10 minlərlə artmışdı

Qeyd edək ki, K.Volanski rusiyalı bloqer, “YouTube”da 2,2 milyon izləyicisi olan “Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydana üzərində məhz “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı.

Xatırladaq ki, finalda “Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri