14 
İyl
2019
14:13
182
77
15980
Virtual karabakh

“Röyanın villası” satışa çıxarılıb? - Prodüseri cavab verdi

Əməkdar artist Röya Ayxanın Xaçmaz rayonunun Nabran qəsəbəsindəki villasını satışa çıxarılması ilə bağlı xəbərlər yayılıb.

Bu araşdırmanı Musavat.com-un bölgə əməkdaşları aparıb. Onların iddiasına görə, Nabranda hər kəsin “Röyanın villası” kimi tanınan daşınmaz obyekt 500 min dollara satışa çıxarılıb. Hətta saytın əməkdaşları villaya müştəri kimi daxil olaraq çəkiliş aparmağa nail olublar.

Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Röyanın prodüseri Vüsal Rzayevlə əlaqə saxlayıb.

V.Rzayev yayılan xəbərlərin yalan olduğunu bildirib:

“Röya Ayxanın, ümümiyyətlə, heç vaxt Nabranda villası olmayıb. Bu xəbər dezinformasiyadan başqa bir şey deyil”.

Qeyd edək ki, son günlər Röyanın şəxsi “Instagram” hesabında nə foto, nə də video paylaşması söz-söhbətə səbəb olub. Gəzən dedi-qodulara görə, məşhurun biznesi iflasa uğrayıb, özü isə depressiyadır. Lakin Röya ötən gecə stilist Elnur Həsənovun “Instagram” hesabının tarix bölməsində uzun sürən fasilədən sonra üzə çıxıb. O, sosial şəbəkələrdən bir müddət ayrı qalmaq üçün bu addımı atdığını söyləyib. Həmçinin Əməkdar artist vurğulayıb ki, onu bundan sonra görmək istəyənlər Elnurun “Instagram” səhifəsinə daxil olsun.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri