19 
İyl
2019
12:27
146
59
5530
Virtual karabakh

Nəsrindən cəsarətli etiraf: Yeddi uşaq istəyirəm

19 İyl, 2019
12:27
5530

Nəsrindən cəsarətli etiraf: Yeddi uşaq istəyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə həyatı barədə fikirləri ilə gündəmə gəlib.

Oxu.Az-ın məlumatına görə, son vaxtlar filmlərdə oynadığı rollarla diqqət çəkən 36 yaşlı cazibədar aktrisa müsahibələrinin birində sevdiyi insandan yeddi uşaq dünyaya gətirmək istədiyini deyib.

Alixan adlı sevgilisi ilə il yarıma yaxındır birlikdə olan Nəsrin onunla evlənmək istədiyini dilə gətirib:

“İnsanlar məhəbbət məsələlərində bir az təmkinli və ümidsiz olurlar. Amma mən o insanlardan deyiləm. Sevdiyim insanla evlənib ondan yeddi uşaq dünyaya gətirmək istəyirəm”.

Qeyd edək ki, görkəmli uroloq-alim Mirməmməd Cavadzadənin nəvəsi olan N.Cavadzadə bir çox türk serial və filmlərində rol alıb. “Gözəl günlər görəcəyik” və “Quzu” filmlərində canlandırdığı obrazlar sayəsində aktrisa “Qızıl portağal” festivalı çərçivəsində “İkinci planda ən gözəl aktrisa” və “Ən gözəl qadın obrazı” nominasiyalarında iki dəfə qalib olub. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri