Apr
2019
17:56
127
257
6928
Virtual karabakh

Nəsrin məşhur jurnalın üz qabığında - FOTO/VİDEO

1 Apr, 2019
17:56
6928

Nəsrin məşhur jurnalın üz qabığında - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayıb orada çalışan, əslən azərbaycanlı model və aktrisa Nəsrin Cavadzadə Türkiyənin nüfuzlu dərgilərindən biri olan “Formsante”nin üz qabığına çəkilib. 

Oxu.Az xəbər verir ki, Nəsrin fotokamera önünə keçərək göz qamaşdıran ideal bədən quruluşunu nümayiş etdirib.

Bununla yanaşı, gözəl aktrisa incə və formada qalmasının sirlərini də bölüşüb. Çəkilişdən olan kadrarxası görüntüləri isə Cavadzadə şəxsi “Instagram” hesabında izləyiciləri ilə paylaşıb. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

backstage 🤸🏽‍♀️💅🏿💥

Публикация от nesrin cavadzade (@nesrin.cavadzade)

N.Cavadzadənin məşhur dərginin üz qabığına çəkilməsi əbəs yerə deyil. Aktrisa artıq uzun müddətdir ki, idmanla məşğul olur və sağlam həyat tərzi sürür. Məhz elə bu səbəbdən Nəsrinin bədən quruluşu dünya standartlarına uyğundur. “Formsante”nin üz qabığında türk məşhurlarla yanaşı, xarici ulduzları da görmək olar. 

Qeyd edək ki, Nəsrin Cavadzadə azərbaycanlı akademik Mirməmməd Cavadzadənin nəvəsidir. Aktrisa bir çox türk serial və filmlərində rol alıb.

“Güzel Günler Göreceğiz” və “Kuzu” filmlərində canlandırdığı obrazlar sayəsində N.Cavadzadə “Qızıl portağal” mükafatlandırmasında “İkinci planda ən gözəl aktrisa” və “Ən gözəl qadın obrazı” nominasiyalarında iki dəfə qalib olub. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri