Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi
Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin xuliqanlıq hərəkətləri ilə bağlı başlanan cinayət işi üzrə polis idarəsində istintaq davam edir.
"Report"un əldə etdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.
Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib.
İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.
"Ağadadaş Ağayev" teqi üzrə xəbərlər
- Putin ABŞ və Qərbi hədələdi - Xəbərlərin 20:00 buraxılışı
- Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən mühafizəçinin həbsi tələb olunub
- Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir
- Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
- Qarşı tərəfin vəkili Ağadadaş Ağayevi əsəbiləşdirdi: Xalq artistinə yekun ittiham elan olundu
Rəylər