25 
Okt
2019
15:01
63
127
3566
Virtual karabakh

Bakıda “Kvartal-95”in möhtəşəm konserti baş tutdu - VİDEO

25 Okt, 2019
15:01
3566

Bakıda “Kvartal-95”in möhtəşəm konserti baş tutdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşam Heydər Əliyev Sarayında Ukraynanın məşhur “Kvartal-95” studiyasının konserti baş tutub.

Oxu.Az xəbər verir ki, gülüş ustaları yumoristik səhnələrlə tamaşaçıların hüzuruna çıxıb, onlara gülüş bəxş ediblər.

Bir-birindən maraqlı, eləcə də, göz oxşayan səhnəciklərlə cəmiyyətin aktual mövzularına toxunan studiya üzvlərini tamaşaçılar alqışlara qərq ediblər.

Qrup üzvləri çıxışlarını yekunlaşdırandan sonra Baku TV-yə gözəl paytaxtımızla bağlı təəssüratlarını bölüşüblər:

“Brilliant əl” kinokomediyasının çəkildiyi İçərişəhərdə olduq. Paytaxtınız çox gözəldir. Azərbaycanın ləziz mətbəxinin təamlarından olan qutab, düşbərə, qarpız və feyxoa mürəbbəsi, armud turşusunun dadına baxdıq. Çox bəyəndik. Hətta gedəndə özümüzlə də bu təamlardan aparmağı düşünürük. Ümumiyyətlə, sizin mətbəx çox dadlıdır”.

Qeyd edək ki, Ukraynanın məşhur “Kvartal-95” studiyasının konserti “Global Media Group”un təşkilatçılığı ilə baş tutub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri