Xüsusilə yaxşı yumor sevənlər üçün! Oktyabrın 24-də Heydər Əliyev sarayında Bakıda ilk dəfə postsovet məkanında məşhur olan “Kvartal-95 Studiyası”nın konserti keçiriləcək. Konsertin təşkilatçısı “Global Media Group” mediaholdinqidir.
“Kvartal-95 Studiyası” yumoristik məzmunlu proqramlar hazırlayan Ukrayna şirkətidir. “95 Kvartal” Şən və Hazırcavablar Klubu komandası 2003-cü ildə “Kvartal-95” studiyası şirkətini yaradıblar. Onların əsas məqsədi orijinal yaradıcı ideyaların reallaşdırılması, öz televiziya layihələrinin və əyləncə şoularının istehsalı və tanıdılması idi.
“Zelenski” (parodiyaçı Yuri Veliki) bakılıları və şəhərin qonaqlarını oktyabrın 24-də baş tutacaq studiyanın konsertinə belə dəvət edib.
“Zelenski” Azərbaycan dilində danışdı və hər kəsi “Kvartal-95”in Bakıdakı konsertinə dəvət etdi - VİDEO
Rəylər