Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən sosial media platformalarında yayımladığı videolarda cinayət elementlərinin olduğu iddiası ilə haqqında başladılan istintaq çərçivəsində saxlanılan məşhur komediya ustası Deniz Göktaş barəsində məhkəmə qərar qəbul edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, "Prezidenti təhqir etmək", "İctimaiyyət arasında nifrət və düşmənçiliyi təhrik etmək və alçaltmaq" və "Cinayəti və cinayətkarı tərifləmək" ittihamları üzrə barəsində 2 il 7 aydan 12 ilə qədər həbs cəzası tələb edilən Deniz Göktaş bu gün hakim qarşısına çıxıb.
Hakim Göktaşın "Cinayəti və cinayətkarı tərifləmək" ittihamı üzrə bəraətinə qərar verib, lakin "Prezidenti açıq şəkildə təhqir etmək" maddəsi üzrə 11 ay 20 gün, "Dini dəyərləri alçaltmaq" ittihamı üzər isə 7 ay 20 gün həbs cəzasına məhkum edib. Cəza şərti hesab olunu və Göktaş barəsində azadlığa buraxılma qərarı verilib.
Qeyd edək ki, o, bu ilin iyulun 2-də saxlanılmışdı.