İsveçin əfsanəvi ABBA qrupunun üçüncü mahnısı "Spotify" striminq xidmətində bir milyard dinləmə göstəricisini geridə qoyub. Bu dəfə söhbət "The Winner Takes It All" xitindən gedir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Universal Music" şirkəti məlumat yayıb.
Daha əvvəl bu həddi qrupun "Dancing Queen" və "Gimme! Gimme! Gimme! (A Man After Midnight)" bəstələri keçmişdi. ABBA-nın bu üç məşhur hiti ümumilikdə 4 milyard dəfədən çox dinlənilib.
Qeyd edək ki, "The Winner Takes It All" mahnısı 1980-ci ildə "Super Trouper" albomunda işıq üzü görüb. Ötən il mahnı sosial şəbəkələrdə "mətni müxtəlif trendlərin təşviqi üçün istifadə edən yeni nəsil sayəsində" ikinci həyatını qazanıb.