Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb.
"Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib.
Əzizə İsmayılova
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
Oxu.Az xəbər verir ki, jurnalistin vəfatı barədə yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd edək ki, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən jurnalist onkoloji xəstəlikdən əziyyət çəkirdi.