Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Oxu.Az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir:
"Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızıbazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.
Xocalı rayon Təzəbinə, Daşbulaq, Şuşakənd kənd körpələr evi-uşaq bağçası, Xocavənd rayon Xanoba kənd körpələr evi-uşaq bağçası, Ağdərə rayon Vəngli, Həsənriz, Aşağı Oratağ kənd körpələr evi-uşaq bağçasının yaxın günlərdə açılışının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından əhəmiyyət daşıyır".