Bir zamanlar həsrət, ayrılıq və nisgilin ünvanı olan Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən quruculuğun, dirçəlişin və Böyük Qayıdışın məkanına çevrilir.
Oxu.Az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan şəhərlər, salınan yollar, qurulan müəssisələr və doğma yurduna qayıdaraq burada yeni həyat quran insanlar Zəfərdən sonra başlayan yeni mərhələnin mənzərəsini yaradır.
Cəbrayıldan başlayıb Xankəndidə bitən səfərimizin hər dayanacağında bizi fərqli mənzərə, fərqli peşə və doğma torpağa bağlılığın özünəməxsus hekayəsi qarşılayır.
Çünki Zəfər yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də doğma yurdda həyatın yenidən başlamasıdır. Qarabağ bu gün öz insanları ilə yenidən nəfəs alır.
Daha ətraflı videoreportajda: