"Şamaxı" futbol klubunun əməkdaşı Yaqub Rəhimli vəfat edib.
Klubun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Yaqub Rəhimli klubda diktor vəzifəsində çalışıb.
O, həm əsas komandanın, həm də əvəzedici heyətin ev oyunları zamanı diktor kimi fəaliyyət göstərib.
Məlumata görə, Yaqub Rəhimli insult keçirib və beyninə qan sızması nəticəsində həyatını itirib.
Qaynar xətt:
(055) 224 12 12