"Kəpəz" Azərbaycan Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq"lə qarşılaşıb.
Görüş Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Şəfa" "SOCAR Polymer Arena"da "Ağstafa Gəncləri"nə 9:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Komanda növbəti mərhələdə "Neftçi" ilə qarşılaşacaq.
Günün sonuncu oyunu saat 19:00-da Gəncə şəhər stadionunda "Kəpəz" və "Baku Sportinq" komandaları arasında keçiriləcək.
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, "İmişli" "Qaradağ Lökbatan"ı 3:1, "Şahdağ Qusar" MOİK-i 9:1, "Şamaxı" "Haypers"i 5:1 hesabı ilə məğlub edib.
Bununla da "Şahdağ Qusar" "Qəbələ"yə, "İmişli" "Sabah"a rəqib olub. "Şamaxı" isə "Xankəndi" - "Gəncəbasar" cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün həmçinin "Şəfa" "SOCAR Polymer Arena"da "Ağstafa Gəncləri"ni saat 16:00-da qəbul edəcək. Günün sonuncu qarşılaşması isə saat 19:00-da Gəncə şəhər stadionunda "Kəpəz" və "Baku Sportinq" komandaları arasında olacaq.
Azərbaycan Kubokunun 2026/27 mövsümündə II təsnifat mərhələsinin oyunları davam edir.
Oxu.Az xəbər verir ki, bu gün mərhələ çərçivəsində beş qarşılaşma keçiriləcək.
Günün ilk oyunları saat 14:00-da başlayacaq. "İmişli" "Qaradağ Lökbatan", MOİK isə "Şahdağ Qusar" komandası ilə qarşılaşacaqlar. Eyni vaxtda "Hypers" və "Şamaxı" da münasibətlərinə aydınlıq gətirəcəkl'r.
Saat 16:00-da "Şəfa" "Ağstafa Gəncləri"ni qəbul edəcək. Günün son matçında isə saat 19:00-da "Kəpəz" və "Baku Sportinq" komandaları qarşılaşacaqlar.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. "İmişli" - "Qaradağ Lökbatan";
14:00. MOİK - "Şahdağ Qusar";
14:00. "Hypers" - "Şamaxı";
16:00. "Şəfa" - "Ağstafa Gəncləri";
19:00. "Kəpəz" - "Baku Sportinq".
Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.