Göygöldə evində meyiti tapılan 62 yaşlı kişinin ölüm səbəbi məlum olub.
Oxu.Az-ın məlumatına görə, rayonun Balçılı kəndində 1964-cü il təvəllüdlü İ.Musayev yaşadığı evdə pilləkəndən yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü İntiqam Musayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, 62 yaşlı kişi yıxılaraq aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya