Türkiyədə müğənni Nil Özalp kapital bazarı əməliyyatları ilə bağlı aparılan təhqiqat çərçivəsində saxlanılıb.
Oxu.Az bu barədə DHA agentliyinə istinadən xəbər verir.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat müğənni Nil Özalpın "Pusula Portföy Yönetimi AŞ"nin İdarə Heyətinin sədri Muhammet Yarızın bəzi sənədlərini saxlaması ilə bağlı iddiaları əhatə edir.
Məlumata görə, Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları Nil Özalpın evində axtarış aparıblar.
Qaynar xətt:
(055) 224 12 12