Ukraynanın məşhur yumor şousu “Kvartal-95” studiyası oktyabrın 24-də Bakıda, Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “Global Media Group” mediaholdinqidir.
Xatırladaq ki, “Kvartal-95” studiyası yumoristik məzmunlu proqramlar hazırlayan Ukrayna şirkətidir.
“95 Kvartal” Şən və Hazırcavablar Klubu komandası 2003-cü ildə “Kvartal-95” studiyası şirkətini yaradıblar. Onların əsas məqsədi orijinal yaradıcı ideyaların reallaşdırılması, öz televiziya layihələrinin və əyləncə şoularının istehsalı və tanıdılması idi.
2006-cı ildə KİV üzrə beynəlxalq reytinq müsabiqəsində “Kvartal-95” studiyasının kollektivi “Televiziyada ən əyləncəli proqram” nominasiyası üzrə Ukraynanın jurnalistika sahəsində ali mükafatı olan “Zolotoye Pero”ya layiq görülüb.
Şirkətin qurucusu və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir.
Ukraynanın məşhur yumor şousu “Kvartal-95” studiyası oktyabrın 24-də Bakıda, Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “...
Rəylər