Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, oktyabrın 3-ü saat 13:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən beş nəfər (3 kişi, 2 qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 2 nəfərə (qadın) yerində tibbi yardım göstərilib.
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb.
Oxu.Az bu barədə Baku TV-yə istinadən məlumat verir.
Kadrdan da xəsarət alanın olduğu aydın görünür.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.