İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb.
Oxu.Az IRIB telekanalına istinadən xəbər verir ki, bu barədə İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 17 nəfərin xəsarət aldığı bildirilir.
Qəza yerinə 10-dan çox xilasetmə briqadası cəlb edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12