14 
Dek
2019
16:58
162
30
2677
Virtual karabakh

Boşandıqdan sonra ilk dəfə Bred Pitt Milad bayramını uşaqları ilə qeyd edəcək

Hollivudun məşhur aktyoru Bred Pitt 2020-ci ili övladları ilə qeyd edəcək.

Oxu.Az xəbər verir ki, ulduz tətilini altı övladından üçü ilə: Şaylo, Knoks və Vivienlə qeyd etməyi planlaşdırır. Bundan əlavə, uzun müddətdən sonra ilk dəfə qızları və oğlu ilə olan bu görüşə heç kim nəzarət etməyəcək.

Keçmiş həyat yoldaşı aktrisa Ancelina Coli ilə ayrıldıqdan sonra Pitt təxminən üç il bu şəkildə tətil keçirə bilməyib.

“Uşaqların onun evində gecələməyə razı olacağına Bred ümid edir. Amma Milad ərəfəsində onunla birlikdə olsalar belə, aktyor çox sevincək”, - deyə insayderlər bildirib.

Coli və Pittin övladlığa götürülmüş qızı Zahara, gözlənilməz hallara görə atasının yanına gələ bilməyəcək. Ancaq böyük övladları  Paks və Maddoksla Pittin münasibətləri heç də yaxşı deyil. Onlar arasında gərginlik hələ də davam edir. Buna görə də, onlar Bredə şən Milad arzulamaq niyyətində belə deyillər.

Pittin oğlu Maddoks hazırda Seulda oxuyur. O, əvvəllər də ona baş çəkməyib. Bred ümid edir ki, Maddoks böyüdükdə yenidən onunla ünsiyyət qurmaq istəyəcək.

Qeyd edək ki, Coli Pittlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub.

Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı. Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri