23 
Yan
2020
11:46
37
98
1880
Virtual karabakh

Ukrayna “Avroviziya”ya qayıdır

23 Yan, 2020
11:46
1880

Ukrayna “Avroviziya”ya qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna bir illik fasilədən sonra “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsinə geri dönməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, milli seçim turu 2020-ci il təmsilçisini müəyyənləşdirməyə çalışacaq.

Ölkənin ictimai kanalı “UA:PBC” tərəfdaş kanal “STB” ilə birlikdə milli seçim turunun final mərhələsində mübarizə aparacaq 16 iştirakçını ictimaiyyətə təqdim edib.

Andrii Danylko (Verka Serduchka, Ukrayna 2007), Tina Karol (ifaçı, teleaparıcı, Ukrayna 2006) və Vitalii Drozdovun (Hit FM radiosunun prezidenti) münsif kürsüsündə əyləşəcəyi şounun yarım finalları fevralın 8-i və 15-də, finalı isə 22-də baş tutacaq.

Xatırladaq ki, ötən il seçim turu qalmaqallı keçmişdi. Ötən il Ukrayna milli seçim turunda izləyicilərdən maksimum bal toplayıb, qalib gələn Maruv Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlərə məruz qaldığını, “Avroviziya-2019”dan imtina etdiyini bildirmişdi. 

O, ictimai televiziya ilə müqavilə imzalamaqdan boyun qaçırmışdı. Onunla yanaşı, digər ifaçılar da müsabiqəyə getməkdən imtina etmişdi. Nəticədə, Ukrayna beynəlxalq müsabiqədə iştirakını dayandırmışdı.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri