20 
Fev
2020
14:04
34
221
2722
Virtual karabakh

Miri Yusif karaoke albomunu təqdim etdi - FOTO/VİDEO

20 Fev, 2020
14:04
2722

Miri Yusif karaoke albomunu təqdim etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Miri Yusif pərəstişkarlarına növbəti yeni layihəsini təqdim edib.

Oxu.Az xəbər verir ki, sənətçi “Youtube” kanalında “20 böyük hit” adlı karaoke albomunu dinləyicilərin öhdəsinə buraxıb.

“SS production” tərəfindən yayımlanan albomda müğənnini sevdirən 20 böyük hit yer alıb. Fevralın 20-dən başlayaraq, 20 gün ərzində albomdakı mahnılar hər gün saat 20-də yayımlanacaq. 

Xalq artisti təqdim etdiyi albomla bağlı müsabiqə elan edib. Müsabiqəyə qatılmaq üçün Miri Yusifin sevilən mahnılarından birini oxuyub, video çəkib #mycrystalhall həştəqi ilə paylaşmaq tələb olunur.

Ən fərqli videoların müəlliflərini mayın 24-də “Crystal Hall”da keçiriləcək konsertə biletlər, həmçinin konsert zamanı yadda qalan sürprizlər gözləyir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri