17 
Apr
2021
15:34
133
273
9724
Virtual karabakh

Ebru Gündeşin azərbaycanlı əri Hadisə ilə eşq yaşayıb

17 Apr, 2021
15:34
9724

Ebru Gündeşin azərbaycanlı əri Hadisə ilə eşq yaşayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur müğənni Ebru Gündeş 2010-cu ildə evləndiyi azərbaycanlı iş adamı Reza Zarrabdan boşanmaq üçün məhkəmə iddiasında ərinin başqa qadınlarla münasibətdə olduğunu bildirib. O, buna həm qızının, həm də qızının dayəsinin şahid olduğunu, özünün də başqa mənbələrdən öyrəndiyini deyib.

“Hürriyet”in müxbiri İsmail Bayrak Gündeşin bəhs etdiyi qadının proqramda bir yerdə münsif olduğu tanınmış türkiyəli müğənni Hadise olduğunu bildirib. Məlumata görə, Hadise ilə Zərrab ABŞ-da dəfələrlə bir yerdə görünüblər. Cütlüyün sonuncu dəfə 2019-cu ildə ABŞ-a gedərək orada görüşdüyü bildirilib.

Hadise ABŞ-dan qayıdarkən məşhur brendlərdən geyimlərini paylaşmışdı. Bu paltarların Reza Zərrab tərəfindən hədiyyə edildiyi deyilir.

Hadisənin “Küçük bir yol” mahnısının klipində geyindiyi 146 min lira (30,7 min manat) dəyərində geyimin də Zərrab tərəfindən hədiyyə olunduğu bildirilir. Azərbaycanlı biznesmenin məşhur müğənniyə çoxlu brilliant zinət əşyaları da aldığı vurğulanıb.

Aktyor Kaan Yıldırım ilə eşq yaşayan Hadisə isə hələ ki, bu iddialar barədə açıqlama verməyib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri