May
2021
12:30
92
33
4303
Virtual karabakh

Tarkandan Yıldız Tilbenin “çelenc”inə gözlənilməz reaksiya - FOTO/VİDEO

3 May, 2021
12:30
4303

Tarkandan Yıldız Tilbenin “çelenc”inə gözlənilməz reaksiya - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe sosial mediada yeni bir “çelenc”ə imza atıb. Belə ki, dünyanın tanınmış ifaçılarından olan Tarkanın “Kış güneşi” mahnısını oxuyan musiqiçi “Twitter” hesabından etdiyi paylaşımı ilə həmkarına səslənib.

“Tarkan, topu sənə atdım, sən də kimə istəyirsən at. Bir də Orxan Gəncəbayın mahnısını ifa etmək istərdim, amma deyəsən bir top haqqım var”, - deyə o, bildirib.

Tarkanın cavabı isə hamı üçün gözlənilməz olub.

“Yıldızım, sən mənim üçün dəyərlisən, səni çox sevirəm və sözünü yerə salmaq istəməzdim. Amma bu “çelenc”in hansı məqsədə xidmət edəcəyini yaxşı başa düşmədim və nə yalan deyim, doğrusu bunun bir hissəsi olmaq istəmirəm. Bu səbəbdən, sən ən yaxşısı, topu məndən al, bir başqasına at”, - deyib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri