May
2021
10:06
134
40
9116
Virtual karabakh

Tarkanın qızı ilə bağlı paylaşımı birmənalı qarşılanmadı - FOTO

6 May, 2021
10:06
9116

Tarkanın qızı ilə bağlı paylaşımı birmənalı qarşılanmadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin pop ulduzu Tarkanın qızı Liya ilə sosial şəbəkələrdə paylaşdığı şəkil birmənalı qarşılanmayıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bir çoxları məşhur ifaçının bununla Yıldız Tilbeye işarə vurduğunu düşünüb.

Qeyd edək ki, pandemiya səbəbindən ağır günlər keçirən musiqi dünyası üçün sosial mediada başladılan çelencə “Kış Güneşi” musiqisi ilə daxil olan türkiyəli məşhur ifaçı Yıldız Tilbe “Pası Tarkana ötürdüm” desə də, o, dəvəti qəbul etməmişdi. Bu hal mediada və sosial şəbəkələrdə birmənalı qarşılanmamış, bütün diqqətlər Tarkana yönəlmişdi.

Tarkan bundan sonra qızı Liya ilə oyun oynayarkən çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşıb və “Saat 5-də çaya dəvət edildim yenə” şərhini yazıb.

Tarkanın bu paylaşımı “Yıldız Tilbeni rədd etdi, amma qızının dəvətini qəbul etdi” kimi şərh olunub. Bəzilərinin fikrincə isə, ifaçı bununla türkiyəli ifaçı Zinyet Salinin “Beş çayı” mahnısına işarə vuraraq həmkarına “pas ötürüb”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri