Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gözəl model Samirə Azərbaycanı daha bir yarışmada təmsil edəcək – Foto
“Miss Supranational – 2013” beynəlxalq gözəllik yarışmasının iştirakçısı Samirə Akmanova öz həyatından danışıb.
Bu beynəlxalq gözəllik yarışmasında Azərbaycanı birinci dəfə Lyubov Qutorovanın “Fashion Model School” agentliyinin öndə gedən modellərindən biri - 20 yaşlı Samira Akmanova təmsil etmişdi.
2013–cü ildə bu yarışma Belarusda keçirilib. “Miss Supranational – 2013”-in qalibi 21 yaşlı Filipin tələbəsi – Mutiya Datul seçilib. Samirə isə yarışmada heç bir tutmasa da, Vətənə “Miss Supranational Azerbaijan” titulu ilə qayıdıb.
Oxu.Az 1news.az a istinadən xəbər verir ki, yaxın gələcəkdə model daha bir yarışmada iştirak etməyə hazırlaşır, amma bunula bağlı hələ ki ətraflı məlumat vermək istəmir:
“Mən çox sevinirəm ki belə bir möhtəşəm yarışmada iştirak etdim. “Fashion Model School”-a öz minnətdarlığımı bildirirəm ki, Azərbaycanı ilk dəfə belə bir geniş miqyaslı tədbirdə təmsil etmək mənə nəsib oldu.
Müsabiqədən qayıtdıqdan sonra, dərhal agentliyimin nümayişlərində, təqdimatlarında, çəkilişlərində fəaliyyətimi davam etdirdim. Peşəkar formamı saxlamağa çalışıram və gələcəkdə digər model və gözəllik müsabiqələrində iştirak etməyi planlaşdırıram. Əminəm ki, mənim ən böyük qələbərim hələ qabaqdadır!”– deyə, Samirə Akmanova bildirdi.
Oxucularımıza modelin şəxsi arxivindən olan fotolarını təqdim edirik.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Bu qışın Avropada daha sərt olacağı gözlənilir, bəs Azərbaycanda necə?
- Azərbaycanda növbəti bələdiyyə seçkisinin vaxtı təyin edilib
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
Rəylər