İyn
2022
21:25
52
148
3065
Virtual karabakh

Brilliant Dadaşova konsert keçirmək üçün maşınını SATDI - FOTOREPORTAJ

1 İyn, 2022
21:25
3065

Brilliant Dadaşova konsert keçirmək üçün maşınını SATDI - FOTOREPORTAJ

Bu gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın konsert proqramı baş tutub.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev sarayında baş tutan "Ürəklə sizinlə" adlı konsertdə Dadaşova tələbələri ilə birlikdə çıxış edib.

Xalq artisti mediaya açıqlamasında “35 ildir solo oxuyuram, bu dəfə öz tələbələrimlə oxuyacam” deyib:

“Mən söz vermişdim ki, 2022-ci ili “Səs Azərbaycan” iştirakçılarına həsr edəcəyəm. Mən “Səs Azərbaycan” layihəsində hər bir iştirakçını kənarlaşdıqca görürdüm ki, uşaqlar səhnədə olmaq, tanınmaq, bir parça çörək pulu qazanmaq istəyirlər. Mən jüri kimi mecbur idim ki, hər həftə bir iştirakçını kənarlaşdırım. O zamanlar özümə nifrət etmişdim ki, onları kənarlaşdırdım. Sonra çıxış yolu tapdım, dedim 2022-ci ili onlara həsr edəcəyəm”.

Dadaşova ,həmçinin, tələbələri ilə çıxış etməyin ona baha başa gəldiyini, buna görə maşınını satmalı olduğunu da etiraf edib:

“Təşkilatçı haqlı olaraq dedi ki, mən təkcə sizin konsertinizi təşkil etmişəm. Tələbələrimlə çıxış etmək istədiyim üçün texnika, mikrofon əlavə xərclər yaratdı. Maşın üçün pis oldum, amma dedim ki, bütün bunlar mənim tələbələrimlə çıxış etməyimə mane ola bilməz. Bunların hamısını öz üzərimə götürdüm, dedim mənim boynuma”. 

Brilliant Dadaşovanın konsert proqramı sevənləri tərəfindən cosquyla qarşılanıb.

Dilşad Bəhruzqızı

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri