Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nüşabə Ələsgərli məhkəmə ilə hədələndi - VİDEO
ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinin efirində növbəti dəfə gərginlik yaranıb.
Oxu.Az xəbər verir ki, 4 uşaq anası olan Günel adlı qadınla və Əməkdar artist Nüşabə Ələsgərli arasında mübahisə düşüb.
Ələsgərli övladlarından imtina etmək istəyən Günelə iradını bildirərək “Belə bir qanun çıxsın ki, şüuru özünü idarə edə bilməyən qadınlar çox uşaq doğa bilməsinlər. Elə bil ölkə, xalq söz verib ki, sən hərəsini bir yerdə doğ, biz baxacağıq. Sən doğ, Xoşqədəm, xalq baxacaq” deyib.
Bu sözlərdən sonra Günel hiddətlənərək N.Ələsgərlini məhkəməyə verəcəyini bildirib:
“Şərəf və ləyaqətimi alçaltdığı üçün mənə təzminat ödəməsini istəyirəm. Mən həmin məbləği uşaq evinə verəcəyəm”, - deyə Günel əlavə edib.
Ətraflı süjetdə:
Rəylər