Məşhur Hollivud aktyoru Stiven Siqal Azərbaycandadır.
Oxu.Az xəbər verir ki, məşhur aktyorla paytaxt Bakıdan çəkilən fotolar sosial şəbəkələrdə yerləşdirilib.
Amerikalı kinoaktyor Dövlət Bayraq Meydanında aykido idman növü ilə məşğul olan idmançılarla da şəkil çəkdirib.
Həmçinin azərbaycanlı modellər Natali Sokolevskaya və Nuridə Əliyeva ilə birgə çəkilən fotolar da internetdə yerləşdirilib.
Rəylər