"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağla bağlı yaranmış vəziyyətdə öz fəaliyyətini tam olaraq nizamnamə sənədləri çərçivəsində qurub. İrəvanın təşkilatın bu tutumuna görə əsassız olaraq inciməsi isə sadəcə olaraq məsuliyyətdən boyun qaçırmaq və onu başqasının üzərinə atmaq cəhdidir".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Azərbaycan və Ermənistan arasındakı müharibə dövründə KTMT-dən yersiz inciklik etmək, zənnimcə, Qarabağ məsələsindəki məsuliyyəti bilavasitə Rusiyanın və KTMT-nin boynuna qoymaq məqsədi daşıyır. Təşkilat mövcud şərtlər daxilində ancaq nizamnaməyə müvafiq qaydada addımlar atıb", - deyə siyasətçi media nümayəndələrinə verdiyi müsahibəsində vurğulayıb.