Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Dəyişikliklərlə imtahan prosesinin videoçəkilişinin aparılması da nəzərdə tutulur.
Dəyişikliklər Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.
14:13
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində növbəti dəyişiklik olacaq.
Oxu.Az xəbər verir ki, Fins.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərdə nəzərdə tutulur.
Dəyişikliyə görə, bundan sonra vətəndaşlara sürücülük vəsiqəsi veriləndə onun avtomat, yoxsa mexaniki transmissiyalı avtomobillər üçün olduğu göstəriləcək.
Başqa sözlə, indiki sürücülük vəsiqəsi ilə həm avtomat, həm də mexaniki sürət qutusu olan avtomobilləri idarə etmək olar.
Dəyişikliklərdən sonra isə bu qayda dəyişəcək – vətəndaş hansı növ avtomobili istəsə, həmin növ üzrə sürücülük vəsiqəsi olacaq. Amma mexaniki sürət qutusu ilə bağlı vəsiqə alanlar həm də avtomat qutulu avtomobilləri idarə edə biləcəklər. Dəyişikliklərə imtahan götürülən avtomobillərə videokamera qoyulması da əksini tapıb.
E.Ə.
www.oxu.az