Sen
2017
22:05
128
39
10961
Virtual karabakh

Azərbaycanda uşaqlarla bağlı yeni qanun gözlənilir

5 Sen, 2017
22:05
10961

Azərbaycanda uşaqlarla bağlı yeni qanun gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin payız sessiyasında “Yuvenal ədliyyə haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, qanun layihəsi üzrə işlər davam etdirilir: 

“Sənəd hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”.

R.Rzayev bildirib ki, sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib.

Qeyd edək ki, qanun layihəsinin hazırlanmasına bir neçə il əvvəl start verilib. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri