11 
Dek
2017
13:00
163
38
6447
Virtual karabakh

Bakıda yaz havası – PROQNOZ

11 Dek, 2017
13:00
6447

Bakıda yaz havası – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  5-8° isti, gündüz  9-13° isti olacağı gözlənilir. Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  gecə  70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz  5-10° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri