28 
Dek
2017
18:15
79
512
39742
Virtual karabakh

İtkin düşmüş alpinistlərin axtarışı davam edir – YENİLƏNİB

28 Dek, 2017
18:15
39742

İtkin düşmüş alpinistlərin axtarışı davam edir – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumatı yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumatda deyilir ki, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

10:26

İtkin düşmüş alpinistlərin axtarışları bu gün səhər 07:00-dan bərpa olunub.

Bunu Oxu.Az-a Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) alpinisti Fərid Şahbazov bildirib.

F. Şahbazovun sözlərinə görə, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xilasedicilər, kinoloqlar, nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri  və FAİREX-in peşəkar alpinistləri cəlb olub.

Alpinist bildirib ki, Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparılmasına könüllü qoşulmaq istəyənlər var:

“Lakin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir. Bu səbəbdən həmin şəxslər əraziyə buraxılmır. Alpinistlərin qar uçqunu altında qaldığı da ehtimallar arasındadır”. 

Qeyd edək ki, dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıblar, ancaq geri qayıtmayıblar.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri