11 
İyn
2018
15:37
32
906
29741
Virtual karabakh

Bakıda özəl bağçada uşaqlara işgəncə verilir - YENİLƏNİB + VİDEOFAKT

11 İyn, 2018
15:37
29741

Bakıda özəl bağçada uşaqlara işgəncə verilir - YENİLƏNİB + VİDEOFAKT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının qeydə alındığı bağça “Kids Studio” adlanır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azxeber.com saytı yazıb.

Bildirilir ki, uşaqlara qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı sayt adıçəkilən bağça ilə əlaqə saxlayıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb:

“Bu uşaq mənim öz uşağımdır və sadəcə, tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb”.

13:21

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb.

Oxu.Az-ın Azxeber.com-a istinadən məlumatına görə, video müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Kadrlarda da açıq-aydın görünür ki, bağçada hər gün uşaqlara dözülməz zülüm yaşadılır. Bildirilir ki, bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası yoxdur. 

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri