11 
İyn
2018
19:01
37
273
6694
Virtual karabakh

Xaçmaz sakinini öldürüb meşədə basdıran şəxslər saxlanılıb – YENİLƏNİB

11 İyn, 2018
19:01
6694

Xaçmaz sakinini öldürüb meşədə basdıran şəxslər saxlanılıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xacmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun  əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

13:25

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

Oxu.Az-ın APA-ya istinadən məlumata görə, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb. 

Hüquq-mühafizə orqanlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrə əsasən, meyiti tapılan qadının 15 gün əvvəl öldürüldüyü ehtimal olunur.  

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri