14 
İyn
2018
13:44
158
39
7320
Virtual karabakh

“Azmeat” prezidentin ət kəsimi ilə bağlı sərəncamını yerinə yetirməyə hazırdır

14 İyn, 2018
13:44
7320

“Azmeat” prezidentin ət kəsimi ilə bağlı sərəncamını yerinə yetirməyə hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ət istehsalçısı “Azmeat Production” MMC 2017-ci ilin mayında fəaliyyətə başlayıb.

Şirkət iri və xırdabuynuzlu heyvanların halal kəsimini həyata keçirən, alman texnologiyası əsasında qurulmuş kəsim müəssisəsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə sərəncam imzalayıb.

“Azmeat Production” MMC sərəncamı yerinə yetirmək üçün gücü olan müəssisədir. Müəssisə Bakı şəhərində küçə kəsimlərinin ləğv olunması və sərəncamın yerinə yetirilməsinə maksimum kömək etməyə hazırdır.

Şirkət Azərbaycanda halal kəsim qaydalarına əməl etməklə bərabər, bütün növ beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

Müəssisənin istehsal sahəsi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşir. Logistik baxımdan münasib ərazidə yerləşdiyi üçün diri heyvanlar respublika rayonlarından birbaşa, şəhərin mərkəzinə daxil olmadan müəssisəyə daşınır.

Kəsimə daxil olan heyvanlar mütləq baytarlıq sertifikatı, sağlam olmaları barədə arayışla qəbul edilir. Kəsilməyə yararlı heyvanlar seçilir, kəsim müəssisəsində İslam qaydalarına uyğun kəsilir.

Məqsəd əhalini təzə, gigiyenik qaydalara uyğun ətlə təmin etməkdir.

Şirkət iri və xırdabuynuzlu heyvanların halal yolla kəsimini həyata keçirən iki ayrı-ayrı xətdən ibarətdir. Bir iş növbəsi ərzində 100-150 baş iri, 300-500 xırdabuynuzlu heyvan kəsilir, 12-24 saat saxlama kameralarında soyudulur.

Hazırlanmış ət yenidən həkim nəzarətindən keçir. Soyuducu maşınlar vasitəsilə ətlər supermarketlərə göndərilir. Satışı təşkil edilir və ət son istifadəçiyə çatana kimi monitorinq edilir.

Müəssisə bir neçə böyük supermarketlər şəbəkəsi ilə əməkdaşlıq edir. Prezidentin sərəncamından sonra supermarketlər şəbəkəsində satılan məhsulların harada kəsilməsi və satılması məlum olacaq.

İstehlakçıların böyük əksəriyyəti bu marketlərdən alış-veriş etdiyi üçün küçədə ət satışının yığışdırılmasından sonra heyvanların kəsilmə yeri təmin edilməlidir.

Kəsim gigiyenik standartlara cavab verilməlidir. Şirkət bu standartlara cavab verir. Müəssisədə kəsilən ətin satışı “Azmeat” brendi altında həyata keçirilir.

Şirkət bir neçə restoran və hotelləri ətlə təmin edir. Yerli bazarın tələbatını ödəmək üçün Azərbaycanda fəaliyyət göstərən orta və iri fermalarla əməkdaşlıq edilir və heyvan alınır.

Şirkətdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “AzMeat Production” MMC-də monitorinq aparılıb.

AQTA nümayəndələri istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, qarşıya qoyulan tələblər haqqında məlumat veriblər.

Monitorinq zamanı sahibkarlıq subyektlərinə məlumatverici təlimatlar təqdim olunub.

Heyvanların düzgün kəsilməsi qida təhlükəsizliyinin ən mühim vəzifələrindən biridir.

Şirkət yeni yaradılmış Qida Təhülükəsizliyi Agentliyi ilə qarşılıqlı əməkdaşlıq edəcək. Bu zaman Bakının küçələrində heyvan kəsiminin qarşısı alınacaq.

İnsanlar tam rahat şəkildə, bütün gigiyenik qaydalara uyğun ətlə təmin ediləcək.

“Azmeat Production” MMC-də üç böyük soyuducu kamera mövcuddur. Vakuum paketlənməsi və məhsulun çeşidlənərək əhaliyə çatdırılması üçün şərait var.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri