13 
Avq
2018
12:36
26
589
20558
Virtual karabakh

Bakıda oğlunun intiharına dözməyən ana özünü binadan atdı - VİDEO + YENİLƏNİB

13 Avq, 2018
12:36
20558

Bakıda oğlunun intiharına dözməyən ana özünü binadan atdı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda baş vermiş intiharın təfərrüatı məlum olub.

Oxu.Az-ın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, 80 yaşlı Minira adlı qadının intiharına səbəb oğlunun ölümünə dözməməsi olub.

Binada yaşayan sakinlərin sözlərinə görə, iyun ayında qadının 56 yaşlı oğlu Sankt-Peterburqda infarkt keçirib və vəfat edib:

“Qadının oğlu xaricdə yaşayırdı. Üç uşağı var idi. Qadın böyük nəvəsi ilə binanın dördüncü mərtəbəsində yaşayırdı. Oğlu infakt keçirərək rəhmətə gedəndən sonra qadın özünə qapandı. Evdən çölə çıxmırdı”.

80 yaşlı qadın dünən günorta saat 14:00 radələrində özünü binadan ataraq intihar edib.

Qeyd edək ki, bir qədər əvvəl intihar hadisəsini ölən oğulun atasının törətdiyi bildirilirdi.

11:01

Bakıda valideyn intihar edib.

Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, oğlunun intihar edərək həyatına son qoymasına dözə bilməyən valideyn özünü yaşadığı binadan ataraq intihar edib.

Hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsi, bina 115-də baş verib.

 
İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri