14 
Avq
2018
09:25
275
22
2262
Virtual karabakh

Bəzi istirahət mərkəzlərinin sahibləri cərimələndi - SİYAHI

14 Avq, 2018
09:25
2262

Bəzi istirahət mərkəzlərinin sahibləri cərimələndi - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Xəzər dənizi sahil zolağında Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.

Oxu.Az xəbər verir ki, reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən “Həyat”, “Dəniz”, “Matros” və “Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev Anar Rüstəmov  barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən, hər biri 800 manat məbləğində cərimə olunub.

Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri