13 
Okt
2018
15:35
95
44
2783
Virtual karabakh

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi

13 Okt, 2018
15:35
2783

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar “20-ci sahə” yolunda sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib. 

RSXM İnformasiya şöbəsindən Oxu.Az-a verilən məlumata görə, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrin əməkdaşları Bakı şəhərinə geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində işləyirlər.

Qeyd edək ki, oktyabrın 11-dən başlayaraq Mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri