Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıdakı təhlükəli vəziyyətlə bağlı qərargah yaradıldı - YENİLƏNİB + VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdar 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə yaradılan Qərərgahla bağlı məlumat yayıb.
Oxu.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərargah üzvləri zəruri məlumatların aidiyyəti dövlət orqanlarına ötürülməsini təmin edəcək və vətəndaşların sürüşmə hadisəsi ilə bağlı müraciətlərinə, narahatlıq yaradan sorğularına cavab verəcək.
Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:
Qərargah (012) 502 88 11
Şahmirzə Səfərov (050)369 98 26
Əziz Qaralov (050) 368 41 48
Sadiq Əmiraslanov (055) 455 37 53
Yaqub Şəkərəliyev (070) 558 50 15
Teymuraz Ələkbərov (055) 607 80 40
Kamran Nəsibov (055) 890 23 38
Elnur Kərimov (077) 474 40 57
Qoşqar Qurbanov (055) 586 38 36
13.34
Badamdar şosesində baş verən sürüşmə zonası ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında qərargah yaradılıb.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, ərazidə aktivlik oktyabr ayının 1-dən başlayıb:
“Həmin gündən nazirlikdə xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq hər gün müşahidələr aparılıb. Bu gün səhər saat 08:00 radələrində aktivlik daha da artdı və sürüşmə baş verdi. Sürüşmənin eni 300 metrdən artıq olan ərazi üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalta doğru irəlilədi və yolun bir hissəsi torpaq qatının altında qaldı”.
Əziz Qaralov qeyd edib ki, ərazinin təsir dairəsi təxminən 11 yaşayış binası və iki obyekti əhatə edir:
“Dünən müvafiq qurumlar tərəfindən sakinlərə xəbərdarlıq edilib. Su, qaz, işığın verilməsi dayandırılıb. Hazırda aktivlik müşahidə olunur”.
Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ilə bağlı xəritə hazırlanıb:
“Sürüşmənin təsir dairəsi, nə qədər evə zərər gəlməsi barədə məlumat hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. Hazırda ərazidə gərginlik var. Bu ərazidə 2012-ci ildə sürüşmə müşahidə olunurdu. 2013-cu ildə istinad divarları tikilib. Amma o vaxtdan sürüşmə hadisəsi qeydə alınmayıb. Bu ayın əvvəlindən ərazidə gərginlik yenidən başladı və bu gün baş verən proses davam edir”.
İlhamə Əbülfət
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib