17 
Noy
2018
18:35
54
120
8197
Virtual karabakh

Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”

17 Noy, 2018
18:35
8197

Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiya Şurasının üzvü Sergey Məmmədov polisə müraciət edib. Müraciət senatora qarşı edilən 16,5 milyon rubl (425 min manata yaxın) məbləğində dələduzluq faktı ilə bağlıdır.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, Sergey Məmmədov “Mercedes-Benz AMG 63 4 Matic” və “Audi S8 Plus” markalı iki avtomobilini satmaq üçün iyul ayında tanışına müraciət edib.

Tanışı isə avtomobillərin satışından əldə olunan pulu sahibinə qaytarmayıb. Sergey Məmmədovun sözlərinə görə, o polisə müraciət edib, məsələ ilə bağlı cinayət işi açılıb.
 
Xatırladaq ki, Sergey Məmmədov milliyyətcə azərbaycanlıdır. O, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Ənvər Məmmədovun oğludur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri