17 
Noy
2018
14:32
89
64
4663
Virtual karabakh

Qəbul imtahanlarında şagirdlərin dinləyib anlama bacarığı yoxlanılacaq

17 Noy, 2018
14:32
4663

Qəbul imtahanlarında şagirdlərin dinləyib anlama bacarığı yoxlanılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hələlik şagirdlərin danışma standartları yoxlanılmır:

“Şagirdlərin danışmaq standartlarını da yoxmalamağa hazırıq. Amma iki il yarım biz şagirdlərin dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialımız var”.

Məleykə Abbaszadə qeyd edib ki, xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklər:

“Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoloji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs lazımdır, o resurlar veriləndən sonra biz bunu tətbiq edəcəyik”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri