12 
Dek
2018
13:15
312
28
3609
Virtual karabakh

Anar Bağırov: Dilqəm və Şahbazla bağlı müsbət nəticə əldə oluna bilər

12 Dek, 2018
13:15
3609

Anar Bağırov: Dilqəm və Şahbazla bağlı müsbət nəticə əldə oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İnsan Hüquqları Məhkəməsinə Şahbaz QuliyevDilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: 

“Artıq bu fakt Avropa Məhkəməsində tanınıb”.

A.Bağırov qeyd edib ki, həm dövlət, həm də ictimaiyyət bu məsələni diqqətdə saxlayır: 

“Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqət göstərir”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri