12 
Yan
2019
11:06
268
142
8856
Virtual karabakh

Nazir: Əsassız əlillik təyinatları ləğv edilib

12 Yan, 2019
11:06
8856

Nazir: Əsassız əlillik təyinatları ləğv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb.

Oxu.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, əsassız təyinatları ləğv edilərək, üç milyon manat büdcə vəsaitinə qənaət olunub.

“Nazirlik qarşısında qoyduğunuz vəzifələrdən biri də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb”.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri